Lavrov İrəvanda Ermənistana şərt qoydu: Qarabağın həlli...

Lavrov İrəvanda Ermənistana şərt qoydu: Qarabağın həlli...
18:18 14 Oktyabr 2016
296 Ölkə
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında pozitiv rol oynaya bilər.

“Əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması münaqişənin nizama salınmasından keçir”, - deyə o bildirib.

Lavrov qeyd edib ki, Ermənistanın blokadan çıxarılması, regionda qarşılıqlı əməkdaşlığın qurulmasnda Türkiyə əhəmiyyətli rol oynaya bilər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR