"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər"

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər"
19:05 14 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə münasibətlərinin normallaşması regional dialoq üçün yeni imkanlar açır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.

Ekspert həmçinin qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər, belə ki, Rusiya regional problemlərlə bağlı məsələlərdə Türkiyəni öz tərəfdaşı bilir.

Ekspert bildirib: "Dağlıq Qarabağ məsələsində də, yəni Moskva regiona münasibətdə Qərbin yanaşmalarına etibar etmir, bu səbəbdən Türkiyə və İranın rəyləri ilə hesablaşmağı daha doğru sayır".

Ekspertin fikrincə, Moskva münaqişənin həlli üçün region ölkələrinin əməkdaşlığına ümid edir.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Türkiyə regionda normal qarşılıqlı iqtisadi fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər: "Bu həmişə diqqət yetirdiyimiz vacib faktordur".

Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici olacaq: "Türkiyə bütün regionda logistik, nəqliyyat, infrastruktur sahələrində qarşılıqlı fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR