Gəncədə internat yataqxanasında yanğın baş verib

Gəncədə internat yataqxanasında yanğın baş verib
19:22 14 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 14 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub. 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub. 
Hazırda 46 saylı internat yataqxanasında baş vermiş yanğının qarşısını almaq üçün işlər aparılır. Yanğın nəticəsində xəsarət alanın olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-internat-yataqxanasinda-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR