Kamal Abdullayev: "Multikulturalimin tədrisi üçün bizə bir sıra ölkələrdən müraciətlər daxil olub" - FOTO

Kamal Abdullayev: "Multikulturalimin tədrisi üçün bizə bir sıra ölkələrdən müraciətlər daxil olub" - FOTO
20:12 14 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 14-də Bəstəkarlar İttifaqında "Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm" adlı tədbir keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Belə tədbirlərin Azərbaycanda multikultural mühitin inkişafının göstəricisi olduğunu söyləyən F.Əlizadə "Multikulturalizm ili" çərçivəsində keçirilən silsilə tədbirlərdən söz açıb. Deyib ki, bu gün Azərbaycan multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini özünə cəlb edir və bu dəyər mədəniyyətimizin cövhəri kimi dünyada tanınır.

"Hazırda beynəlxalq aləmdə etnos və din anlayışı sözügedən dəyərlərin əsas meyarlarındandır. Bu gün ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində də özünü göstərir. Bütün bunlar bizim üçün fəxr olunası hadisədir",- deyə Bəstəkarlar İttifaqının sədri bildirib.

Multikulturalizmin və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu vurğulayan Xalq Artisti sözügedən dəyərlərin bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini nəzərə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, multikulturalizm ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik şəkildə yaşayışının bariz nümunəsidir.

Dövlət başçısı İlham Əliyevin multikulturalizmi dövlət siyasəti elan etdiyini söyləyən K.Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrinə humanist münasibət aşılayan konstitusion hüquq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Burada müxtəlif maddələr - bərabərlik, dil, din və müxtəlif konfessiyalarda olma hüququ Ümummilli Liderin göstərişi və təkidi ilə konstitusiyamızda öz əksini tapıb. Bütün bunların nəticəsi olaraq milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanınır.

Bir sıra xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu söyləyən Dövlət müşaviri bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin, bir sözlə ölkəmizlə bağlı bütün həqiqətlərin öyrənilməsində bu fənnin əhəmiyyəti olduqca böyükdür.

Vurğulanıb ki, multikulturalizm fənni müvafiq universitetlərdə bir və üç semestr boyu tədris olunur.

"Bu gün multikulturalizm fənni Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Rusiyanın Ural Federal Universitetində, Litva Pedaqoji Universitetində, Çexiyanın Praqa Karl Universitetində, İtaliyanın Roma Sapienza Universitetində, Belarus Dövlət Universitetində, Portuqaliyanın Lusafona Universitetində, Almaniyanın Ausburq Universitetində, İsveçrənin Frayburq Universitetində və Türkiyənin Sakarya Universitetində tədris olunur. Bununla yanaşı, müxtəlif ali təhsil ocaqlarından bizə bu fənnin tədrisi ilə bağlı müraciətlər daxil olub. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Xarici ali təhsil ocaqlarına azərbaycanlı müəllimləri də göndərmək fikrindəyik. İstər mədəniyyət və incəsənət sahəsində dərs deyən müəllimlər, istərsə də digər sahələrdə ixtisaslaşan mütəxəssislər olsun, biz hər zaman onlara xarici ali təhsil ocaqlarında bu fənni tədris etmək üçün lazımı köməklik göstərə bilərik. Fəaliyyətimizi bu yöndə qururuq",- deyə K. Abdullayev bildirib.

Nəzərə çatdırılıb ki, sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar, seminarlar, "dəyirmi masa"lar formatında da təqdim olunur.

Sonra tədbirdə sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü keçirilir

23 Sentyabr 2017 21:46

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

23 Sentyabr 2017 21:22

Bakıda 3 otaqlı evdə yanğın olub

23 Sentyabr 2017 21:20

Zəlzələ nəticəsində ölənlərin sayı 295-ə yüksəlib

23 Sentyabr 2017 21:08

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

23 Sentyabr 2017 21:03

59 yaşlı aşpaz 16 yaşlı qıza təcavüz etdi

23 Sentyabr 2017 20:52

Mətbuat Şurası mitinqdə monitorinq apardı

23 Sentyabr 2017 20:48

ABŞ-da iki polis zabiti güllələnib

23 Sentyabr 2017 20:47

DİQQƏT: bu qidalar kişilərdə sonsuzluğa səbəb olur

23 Sentyabr 2017 20:41

Daşla həmyerlisini öldürdü

23 Sentyabr 2017 20:39

DİN-in əməkdaşları mükafatlandırıldı

23 Sentyabr 2017 20:33

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32

"Səbail" "Kəpəz"i məğlub etdi

23 Sentyabr 2017 20:28

Türkiyədə derbi ərəfəsində 30 azarkeş həbs olundu

23 Sentyabr 2017 20:18

Samir Əliyev: "Rumıniyalı hücumçu transfer etdik"

23 Sentyabr 2017 20:17

"Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icrasına maneə olmayıb"

23 Sentyabr 2017 20:17

Voleybolçu qadınlar arasında Avropa çempionatı: Çexiya - Belçika 3:1

23 Sentyabr 2017 20:12

MŞ mitinqdə monitorinq aparıb

23 Sentyabr 2017 20:09

Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

23 Sentyabr 2017 20:03

Şəmkirdə yanğın olub

23 Sentyabr 2017 20:01

Şahin Diniyev: "Gərək oyun olsun ki, futboldan danışasan"

23 Sentyabr 2017 19:57

Premyer Liqada ikinci qələbə sevinci

23 Sentyabr 2017 19:48

Poker ustasının dəbdəbəli malikanəsi: gözəl qızlar, silahlar...

23 Sentyabr 2017 19:48

Mətbuat Şurası: "Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icra etmələrinə maneə olmayıb"

23 Sentyabr 2017 19:47

Qaxda mikroavtobus yandı

23 Sentyabr 2017 19:33

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

23 Sentyabr 2017 19:32

BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 19:32

Çexiyada paraşütlə tullanan desantçı insanların üzərinə düşüb

23 Sentyabr 2017 19:27

"Qarabağ"ın rəqibindən inamlı qələbə

23 Sentyabr 2017 19:26

“Xristian dövləti”nin lideri həbs olundu - FOTO

23 Sentyabr 2017 19:23

“Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 19:12

İŞİD bayrağından daha yaxşı bayraq və Əli Kərimlidən SÖYÜŞ QONAQLIĞI

23 Sentyabr 2017 19:03

Sarımsaqla cəfərini qarışdırıb yeyin

23 Sentyabr 2017 19:00

Patrik Riçard: "Azərbaycanın qadın voleybolçularının Avropa çempionatında layiqli yer tutacağına inanıram"

23 Sentyabr 2017 18:57