Neftçalada şagird məktəbdə oynayarkən qolu sınıb

Neftçalada şagird məktəbdə oynayarkən qolu sınıb
20:17 14 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 14 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda məktəblinin qolu sınıb. 
“Report”un Aran bürosu xəbər verir ki, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, ev 47-də yaşayan, 10 yaşlı Nurlan İlqar oğlu Abışov sağ qolunun sınması diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və travmatologiya şöbəsində yerləşdirilib.
İlki məlumata görə, Nurlan Abışov məktəbdə oynayarkən ehtiyatsızlıqdan yığılıb və qolu sınıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/neftcalada-sagird-mektebde-oynayarken-qolu-sinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR