Rusiyada xakerlər bir ildə 87 mln. dollar oğurlayıb

Rusiyada xakerlər bir ildə 87 mln. dollar oğurlayıb
20:32 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kibercinayətkarlar 2015-2016-cı il martın 31-i tarixləri arasında maliyyə ilində Rusiyada 5,5 mlrd. rubl (87,3 mln. ABŞ dolları) həcmində vəsait oğurlamağa müvəffəq olublar. 
"Report"un "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "Group-IB" informasiya təhlükəsizliyi şirkəti məlumat yayıb.
Şirkətin hesabatına görə, bu, bir əvvəlki illə müqayisədə 44% çoxdur. Oğurlanan vəsaitin 2,56 mlrd. rublu (39,7 mln. dollar) Rusiya banklarına aiddir. Bu da əvvəlki maliyyə ili ilə müqayisədə 4 dəfə çoxdur.
Hesabata əsasən, "İnternet Banking" xidmətlərində hüquqi şəxslərə hücumlar illik müqayisədə 2 dəfə azalaraq oğurlanan vəsaitin həcmi 956 mln. rubl (19,2 mln. dollar) təşkil edib. Ən çox oğurluq mobil cihazlarda ("Android" sistemi aid) troyanlar vasitəsilə edilib. Bu sahədə oğurluq 471% artaraq 348,6 mln. rubl (9,5 mln. dollar) olub.
Ümumilikdə isə hesabat dövründə 5 mlrd. rubl (79,4 mln. dollar) həcmində oğurluğun qarşısı alınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/xakerler-bir-ilde-rusiyada-87-mln-dollar-ogurlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR