İnternat yataqxanasında baş vermiş yanğın söndürülüb

İnternat yataqxanasında baş vermiş yanğın söndürülüb
20:33 14 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub.

Qısa zamanda yanğının qarşısı alınıb. Binada yaşayış olmadığından xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR