Osvald fon Volkenshtayn Cəmiyyətinin prezidenti Akademik Zərifə Əliyeva adına Liseydə olub - FOTO

Osvald fon Volkenshtayn Cəmiyyətinin prezidenti Akademik Zərifə Əliyeva adına Liseydə olub - FOTO
20:37 14 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyanın Osvald fon Volkenshtayn Cəmiyyətinin prezidenti, professor Sieglinde Hartman Akademik Zərifə Əliyeva adına Liseydə olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu təhsil müəssisəsinin IX, X və XI sinif şagirdləri ilə görüşdə Sieglinde Hartman Almaniya universitetlərində həyata keçirilən ingiliscə-almanca ali təhsil proqramları, dil kursları, təhsil haqqı və s. barədə ətraflı məlumat verib.

Almaniya universitetləri barədə danışan professor ən nüfuzlu universitetlər sırasında Münxen Texniki Universiteti, Heidelberq Universiteti, Münxen Universiteti, Freiburq və Bonn universitetləri və digər təhsil müəssisələrinin adlarını qeyd edib.

Sonra qonaq məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR