Ərdoğanın “B” və “C” planı, III Dünya Müharibəsinin qoxusu...

Ərdoğanın “B” və “C” planı, III Dünya Müharibəsinin qoxusu...
20:38 14 Oktyabr 2016
261 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin açılmasının bir-birindən asılı olduğunu İrəvanın diqqətinə çatdırdı. Suriya lideri Bəşər Əsəd ölkəsindəki müharibənin əsl səbəblərini açıqladı. Ankara üzv olduğu NATO-da şok effekti yaradacaq addım ata bilər. Ukraynada vəziyyət təhlükəli hal almağa başlayıb.

Lavrov İrəvanda Ermənistana şərt qoydu: Qarabağ münaqişəsinin həlli...

Rusiya iqtisadiyyatı ağır vəziyyətdə olan və Türkiyə ilə sərhədlərinin açılmasını səbirsizliklə gözləyən Ermənistana mesaj verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq. Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında pozitiv rol oynaya bilər.

“Əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması münaqişənin nizama salınmasından keçir”, - deyə o, bildirib.

Lavrov qeyd edib ki, Ermənistanın blokadadan çıxarılması, regionda qarşılıqlı əməkdaşlığın qurulmasnda Türkiyə əhəmiyyətli rol oynaya bilər.

Ermənistan mediası isə yazıb ki, Rusiya Ermənistanda 102-ci hərbi bazadan savayı yeni hərbi baza yarada bilər.

Məlumata görə, bu hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) məxsus olacaq və ora qurumun gücləri yerləşdiriləcək. Baza ilə qərarın KTMT-nin bu gün İrəvanda keçirilən iclasında veriləcəyi bildirilir.

Bu hərbi bazanın de-yure Rusiyanın olmasa da, de-fakto Moskvaya məxsus olacağını deyilir. “Bu hərbi baza Ermənistanın şərq sərhədlərində, yəni Qarabağa yaxın ərazidə yerləşdiriləcək. Gözlənilir ki, Rusiya bu hərbi bazaya öz qoşunlarını yerləşdirəcək”, - erməni mediası yazıb.

Amerikanın nüfuzlu “Foreign Affairs” nəşri isə təklükəli proqnozla çıxış edib. Dağlıq Qarabağda aprel döyüşlərinin regionda gərginliyin olduğunu açıq şəkildə göstərdiyini yazan nəşr bu gərginliyin başa çatmadığını və yeni müharibənin başlaya biləcəyini qeyd edib.

Nəşrin məqaləsində ən diqqət çəkən məqam isə ərazilərin bir qisminin qaytarılması ilə bağlı proqnozdur.

Putinin yeni Qarabağ oyunu: işğal olunmuş ərazilər...

Dağlıq Qarabağda aprel döyüşləri regionda gərginliyin olduğunu açıq şəkildə göstərdi. Bu gərginlik başa çatmayıb və yeni müharibə başlaya bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu gün verdiyi bu açıqlama heç şübhəsiz ki, Qərbdə, xüsusilə NATO-da şok effekti yaradacaq.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılması məsələsinə baxa bilər. “Hərbi sahədə əməkdaşlıqla bağlı məsələlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünün gündəliyində var idi. Türkiyə tərəfi arzu edərsə, Türkiyəyə hava-hücumundan müdafiə sistemlərinin çatdırılması imkanına baxıla bilər. Bu, təmiz ticarət məsələsidir”, - Peskov deyib.

Bəşər Əsəd: “... tək ümid Rusiyadır”

Heç şübhəsiz ki, Suriya prezidenti Bəşər Əsədin Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində söylədiyi fikirlər gündəmdə xüsusi yer tutdu.

Dövlət başçısı Rusiyanın Suriyadakı tarazlığın dəyişdiyini bildirib: “ABŞ və müttəfiqləri burada aktiv olsalar da, hərəkətləri yanıldıcı idi, heç bir şey etmədilər. “İslam Dövləti” və “Ən-Nüsra” Cəbhəsi irəliləməyə davam edirdi. Ancaq Rusiyanın daxil olması ilə nəzarəti altında olan ərazilər azaldı”.

Suriyadakı kürdlərin böyük bir hissəsinin müstəqillik istəmədiyini deyən Bəşər Əsəd bildirib ki, bütün kürdləri, və eyni zamanda erməniləri, çeçenləri, türkləri və ərəbləri qiymətləndirmədən kürdlərin bir hissəsi ilə danışa bilməzlər. O, Suriyanın şimalındakı PYD (PKK terror təşkilatının Suriya qanadı) ilə dialoqu davam etdirdiyini, onlara silah göndərdiklərini deyib.

Bəşər Əsədin sözlərinə görə, Türkiyənin Suriya siyasətinin dəyişdirilməsi üçün tək ümidi Rusiyadır. O, Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatını “işğal” adlandırıb.

“III Dünya Müharibəsinin qoxusu gəlir”: Bu sözləri də Bəşər Əsəd “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində deyib.

“Suriyada hazırda “soyuq müharibə”yə oxşar vəziyyəti müşahidə edirik. Düşünürəm ki, Qərb və xüsusilə ABŞ SSRİ-nin dağılmasından sonra “soyuq müharibə”ni dayandırmadır. Biz münaqişənin genişləndiyini görürük. Əsas məqsəd dünyanın üstündə Amerikanın hegemonluğunu saxlamaq, heç kəsə siyasi və ya beynəlxalq səhnədə partnyor olmağa icazə verməməkdir. Bu, bizim III Dünya Müharibəsi kimi təsvir etdiyimiz hadisənin qoxusudur. Amma bu, hələ birbaşa hərbi toqquşma deyil”, - Suriya prezidenti III Dünya Müharibəsi ilə bağlı səslənən fikirləri şərh edərkən deyib.

“III Dünya Müharibəsinin qoxusu gəlir” –Əsəddən ŞOK PROQNOZ

Obama Gülənin dərhal qaytarılmasını tələb etdi

Türkiyəli jurnalist yazar Ergün Diler isə bu gün maraqlı bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin dərhal Türkiyəyə qaytarılmasını tələb edib.

Onun sözlərinə görə, avqustun 29-da ABŞ prezidenti, vitse-prezident Jo Bayden, müdafiə naziri Eşton Karter, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Con Brennan və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford bir masanın ətrafına toplaşıblar.

Obama Gülənin dərhal qaytarılmasını tələb etdi

ABŞ prezidenti Barak Obama Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin dərhal Türkiyəyə qaytarılmasını tələb edib.

İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçiriləcək əməliyyata günlər qaldığı bir vaxtda əməliyyatda Türkiyənin iştirak edib-etməyəcəyi hələ də qaranlıq olaraq qalır.

Rəsmi Bağdadın qarşı olmasına baxmayaraq, Türkiyə əməliyyata qatılmaq istəyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyaya səfəri zamanı “B” və “C” planını hazırladıqlarını deyib.

“Mosul əməliyyatında koalisiya güclərinin içində olmaqda qərarlıyıq. Qəbul etməzlərsə, “B” və “C” planını tətbiq edəcəyik”, - Ərdoğan bildirib.

Bu gün diqqətlər həmçinin İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) şura iclasına yönəlib.İclasda Rusiya, Qırğızıstan, Tacikistan, Belarus və Ermənistan prezidentləri iştirak edir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstəliyinə görə İrəvana səfərini təxirə salıb. Onu ölkənin baş naziri əvəz edir.

Donbasda müharibə başladı

Rusiya prezidenti Vladimir Putin İrəvanda olduğu bir vaxtda Ukraynanın şərqində vəziyyət pisləşib.

Separatçı “Donetsk Xalq Respublikası”ndan (“DXR”) verilən məlumata görə, Ukrayna ordusu “DXR”in cənubunda hücuma keçiblər. Məlumata görə, hücumun qarşısı alınıb, Ukrayna 10 hərbçisini itirib. Bundan başqa Ukrayna ordusuna məxsus bir BMP və bir “Ural” avtomobilində olan silah-sursatın məhv edildiyi bildirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR