Azərbaycanlı heykəltəraş Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan vətəndaşların xatirəsini əbədiləşdirmək istəyir

Azərbaycanlı heykəltəraş Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan vətəndaşların xatirəsini əbədiləşdirmək istəyir
20:42 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanlı tanınmış heykəltəraşı Səid Rüstəm Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə layihə hazırlayıb.
"Report"un "Haber7"yə istinadən verdiyi məlumata görə, o, bununla Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb.
Azərbaycanlı sənətkarın hazırladığı "Dastan yazan qardaşlarımız" adlı layihə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğana təqdim olunmalıdır.
Qeyd edək ki, S.Rüstəm bundan əvvəl Türkiyənin müxtəlif yerlərində quraşdırılan heykəllərin müəllifidir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanli-heykelteras-turkiyede-15-iyul-hadiseleri-zamani-sehid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR