Marneulidə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər

Marneulidə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər
21:05 14 Oktyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.
 
"Burçuladze-Xalq üçün" partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov APA-ya açıqlamasında məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib. O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: "Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq".
 
İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.
 
Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR