Misir Mədəniyyət Mərkəzinin direktoru Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində olub

Misir Mədəniyyət Mərkəzinin direktoru Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində olub
21:22 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Misirin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin (MMM) müdiri Əhməd Sami Elaydi Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində olub.
MMM-dən “Report”a verilən məlumata görə, Uşaq – Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti, mərkəzin tələbələrinin dünya miqyaslı sərgilərdə iştirakı, qalibiyyəti barədə geniş məlumat verib.
Öz növbəsində Əhməd Sami Elaydi Misir və Azərbaycan arasında olan mədəni əlaqələri, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığını və iki ölkə arasında mədəni əlaqələrin inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, Misirdə keçirilən “Misir dünya uşaqlarının gözü ilə” rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Mərkəzinin istedadlı uşaqlarının yüksək nəticə əldə etdiklərini qiymətləndirib.
Daha sonra Nizami rayon Uşaq-Gənclər Mərkəzinin direktoru Lalə Qəti qonağı mərkəzdə fəaliyyət göstərən dərnəklərlə və kiçik yaşlı uşaqların əl işlərindən ibarət müxtəlif sərgilərlə tanış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/misir-medeniyyet-merkezinin-direktoru-nizami-rayon-usaq-gencler-yaradiciliq-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR