Avtomobil piyadanı vurub

Avtomobil piyadanı vurub
21:57 14 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü  Adayev Bəhruz  Məhəmməd oğlunu maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisəni törədən avtomobilin sürücüsü qəzadan sonra ərazidən uzaqlaşıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR