Almaniyada 11 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Almaniyada 11 avtomobil toqquşub, ölən və xəsarət alanlar var
22:52 14 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə yerli "TZ" nəşri xəbər yayıb.
Polisdən nəşrə verilən məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 16:00-da qeydə alınıb. Belə ki, 11 avtomobilin toqquşması zamanı 1 nəfər ölüb. 
Qəza zamanı habelə 13 nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/almaniyada-11-avtomobil-toqqusub-olen-ve-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR