Məşhurların sevgi macəraları - FOTO

Məşhurların sevgi macəraları - FOTO
00:05 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Onların üzünə şöhrət qapıları oxuduqları bircə mahnı, iştirak etdikləri bir yarışma və ya oynadıqları rolla açılıb. Şöhrətdən sonra isə eşq gəlir. Kimisi xoşbəxtliklərini kameralar önündə sərgiləyib, kimisi göz yaşlarına boğulub, kimisi gizli sevgi yaşayıb. Amma hamısı da sevgiyə boyun əyib. Milli.Az lent.az-a istinadən türkiyəli məşhurların ilk eşq macəralarından yazını təqdim edir.

Alişan - Sezin Erbil

Müğənni Alişanın Gülşənlə sevgili olması xəbərləri mediada yer alsa da, onun şoumen Mehmet Ali Erbilin qızı Sezinlə olan münasibəti yaddaşlarda daha çox qalıb. Tez-tez küsüb-barışan cütlük nəhayət nişanlanır. Lakin onlar birlikdə xoşbəxt olmadıqlarını anlayır və yollarını ayırırlar.

Burak Kut - Meltem Cumbul

Müğənni Burak Kut ilk albomu "Benimle oynama" sayəsində yalnız şöhrətin qapılarını açmadı, sevgisini də tapdı. O, 1993-ci ildə aktrisa Meltem Cumbulla eşq yaşamağa başladı. Cütlük birlikdə keçən 4 ildən sonra 1997-ci ildə münasibətlərinə son qoydular.
 
Cem Yılmaz - Zeynep Tümerdem

Komediya ustası Cem Yılmazın mediada çıxan ilk eşq xəbərləri Zeynep Tümerlə olub. Üç il ərzində küsüb-barışan cütlük sonda ayrılır. Eşq dəftərində Sema Şimşek, Meltem Hakarar, Demet Şener, Selin Toktay kimi xanımların adları yazıldığı Cem Yılmaz son olaraq Cansu Dere ilə yollarını ayırdı. İki il əvvəl Ahu Yağtu ilə ailə quran Cemin Kamal adlı oğlu var. Lakin cütlük ayrılıb.

Deniz Seki - Ömer Seval

Müğənni Deniz Sekinin mediada yayılan ilk eşqi Ömər Sevalla olub. Adı Okan Bayülgenlə eşq dedi-qodularında hallanan D. Seki sonuncu dəfə evli və iki uşaq atası Hüsnü Şenlendirici ilə sevgi yaşayıb.

Doğa Rutkay - Mehmet Ali Alabora

Teatr aktyoru Əziz Rutkayın qızı Doğa Rutkayın kameralar önünə əl-ələ çıxdığı ilk sevgilisi tanınmış aktyor Mehmet Ali Alaboradır. 4 il ciddi münasibətləri olan cütlük qəfil mətbuata ayrıldıqları barədə məlumat yollayır. Doğa Rutkay sonuncu dəfə aktyor Şahan Gökbakar ilə eşq yaşayıb. Ancaq bu əlaqə də xoşbəxt sonluqla bitməyib. Doğa Rutkay ötən il Kerimcan Kamalla nikah masasına əyləşib.

Kenan Doğulu - Billur Kalkavan

1993-cü ildə işıq üzü görən birinci albomu "Yaparım bilirsin"lə məşhurlaşan Kenan Doğulunun ilk sevgilisi özündən 12 yaş böyük olan Billur Kalkavan olub. K. Doğulu başda Ebru Akel olmaqla bir çox məşhur qadınla eşq yaşayıb. K. Doğulunun maneken Tuğçe Kazazla olan münasibəti haqda da mediada çox danışılıb.

Uzun sürən sevgi münasibəti sürpriz bir qərarla bitib. Kenan Doğulu 2014-cü ilin iyulunda aktrisa Beren Saatla evlənib.

Mehmet Ali Erbil - Muhsine Kamiloğlu

Aktyor, aparıcı və komediya ustası Mehmet Ali Erbilin ilk sevgi macərası Muhsine Kamiloğluyla olub. Bu eşq elə böyük idi ki, Erbil qısa müddətdə nikah masasına əyləşir. Cütlüyün bu evlilikdən Sezin adlı qızı olur.

Lakin sehr pozulur və cütlük yola getmədiyi üçün ayrılır. Boşandıqdan sonra bir dəfə də evlənən cütlüyün bu cəhdi də uğursuz olur. Sonuncu dəfə Tuğba Erbillə nikah masasına əyləşən Mehmet Ali axtardığı xoşbəxtliyi bu evlilikdə də tapa bilmir. Onun bu nikahdan Ali Sadi adlı bir oğlu var.

Okan Bayülgen - Zeyno Gönenç

Şoumen Okan Bayülgenin ilk sevgi xəbərləri isə aktrisa Zeyno Gönençlə yaşanıb. Cütlük qısa müddətdən sonra ailə qurur. Lakin xoşbəxt ola bilmirlər və boşanırlar. Deniz Seki, Cansu Dere və Doğa Rutkay başda olmaqla bir çox xanımla eşq yaşayan Okan Bayülgen Şirin Ediger ilə evlənir. Bu evlilikdən bir qızı olsa da, bu ailə həyatı uğursuzluqla bitir.

Mustafa Sandal - Tuba Ünsal

Müğənni Mustafa Sandalın ilk sevgilisi maniken Tuba Ünsal olub. Bir il boyunca sevgi münasibəti yaşayan və albom çıxdıqdan sonra evlənəcəkləri deyilən cütlük ani bir şəkildə yollarını ayırır. Uzun müddət adı heç kimlə hallanmayan Mustafa Sandal həyatında yeni bir səhifə açır. O, Emina Turkca ilə evlənir və iki uşaq atasıdır.

Çağla Şikel - Bozok Görən

Emel Müftüoğlunun klipində tanış olan Bozok Görən və maniken Çağla Şikel bir müddət eşq yaşayırlar. Hələ 20 yaşındaykən münasibət quran cütlük 2 il yarımdan sonra "aradakı hörmət itməsin", - deyərək ayrılırlar. Ç. Şıkel axtardığı eşqi Emre Altuğda tapır. Cütlük 8 illik evliliklərini keçən il bitiriblər. Onların iki oğlu var.

Özcan Deniz - Esin Moralıoğlu

Şöhrət qapılarını "Mələyim" mahnısı ilə açan Özcan Deniz 1997-ci ildə Esin Moralıoğlu ilə eşq yaşamağa başlayır. Evlənməyə qərara verən cütlük qəfil ayrıldıqlarını bəyan edir. Özcan Deniz aktrisa Fahriye Evcenlə də sevgi münasibəti yaşayır. Lakin sonda onlar bir-birlərinin həyatında yalnız sənət dostu kimi qalmağa qərar verirlər.

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR