"Ən pis nəticəmiz AZAL-la oyun oldu" - "Kəpəz"in futbolçusu

"Ən pis nəticəmiz AZAL-la oyun oldu" -   "Kəpəz"in futbolçusu
00:27 15 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in portuqaliyalı futbolçusu Serjio Kostanın klubun rəsmi saytına müsahibəsi.


- Serjio ilk dövrədə “Kəpəz”in çıxışı haqda nə deyə bilərsən?

- Çempionat maraqlı keçir, ilk dövrədə futbolda olan hər 3 nəticəyə imza atmışıq. Düşünürəm ki, 7 xal toplamaq pis nəticə deyil. Əlbəttə, xalımız daha çox olmalı idi. Komandamız daha artığını edə biləcək gücdədir. Məncə, ilk dövrədə ən pis nəticəmiz AZAL-la evdə heç-heçə oynamağımızdır. Onları məğlub edə bilsəydik, həm xal ehtiyatımız artardı, həm də turnir cədvəlində bir pillə irəlidə olardıq.


- Öz oyunun haqda nə deyə bilərsən?

- Ölkənizə gələndə yerli mühitə uyğunlaşmaq üçün xeyli vaxt tələb olundu. Əvvəl hadisələr mən istədiyim kimi getmirdi. Lakin vaxt irəlilədikcə tədricən hər şey yoluna düşməyə başladı. Fikrimcə, oyunumda müəyyən irəliləyişlər var. Bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir, Azərbaycana gəldiyim üçün peşman deyiləm.


- Demək, “Kəpəz”də olmaqdan məmnunsan...

- Bəli, burda hər şey məni qane edir. Klubda yaxşı insanların əhatəsindəyəm. Həm futbolçu, həm də bir şəxs kimi təcrübə qazandım. Baş məşqçimiz Şahin Diniyev də mənə çox kömək edir. Bütün oyunçular bir-biri ilə mehribandırlar, bu da yaxşı haldır. 


- Azarkeşlər haqda nə deyə bilərsən?

- Fanatlarımızın çox olması biz futbolçuların ürəyincədir. Onlar həmişə bizi dəstəkləyirlər, həvəsləndirici mesajlar göndərirlər. Gəncədəki ev oyunlarımızda atmosfer lap əla olur. Stadionumuzda yaxşı futbol göstərmək üçün ideal mühit var.


- Sonuncu sual. Komanda yoldaşlarından Dario Frederiko və Alveslə daha yaxın olduğun görünür. Bu nə ilə bağlıdır?

- Komandada hamının bir-biri ilə münasibəti yaxşıdır, futbolçular əla kollektivin bir hissəsidirlər. O ki, qaldı sizin sualınıza, biz üçümüz həmişə bir yerdəyik. Eyni dildə danışmağımız da bizə kömək edir. Onu da deyim ki, bir-birimizi illərdir ki, Portuqaliyadan tanıyırıq. Dario ilə vətənimdə bir yerdə oynamışıq. Renanla da münasibətim orada yaranmışdı. Amma böyük dostluğumuz Azərbaycanda qurulub.    


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotn-pis-nticmiz-azal-la-oyun-olduquot-t53354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR