Bakıda mağazadan alınan konfetin içindən qurd çıxdı (VİDEO)

Bakıda mağazadan alınan konfetin içindən qurd çıxdı (VİDEO)
01:23 15 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Sakinlərdən biri mağazadan konfet alıb. Evə apardıqda isə konfetləri qurdlu olduğunu görüb.

Publika.az xəbər verir ki. bu barədə "Xəzər" televiziyası sujet yayıb. Mağazadan isə bildirilib ki, malın istifadə müddəti bitməyib və saxlanma şəraiti standartlara uyğun olub.

Məsələ ilə bağlı konfeti istehsal edən firmadan heç bir açıqlama verilməyib.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki,bu konfetlərin ya istifadə müddəti bitib, yada saxlanma şəraiti düzgün olmayıb. Bu cür kiloqramla satılan məhsullarda istehsal tarixi və istifadə müddəti konfetin yox, qutunun üzərində olur. Orada məhsulu istehsal edən firma barədə məlumatlar da tam şəkildə əks olunmalıdır. Əgər məhsul zay çıxarsa, qəbzlə birlikdə mağazaya təqdim edilməlidir. Satıcı da məhsulu təhvil götürərək pulu qaytarmalıdır. Əgər hər hansı bir mağazada məhsulu qaytarmaqdan imtina edilərsə, müştəri bu barədə İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət edərək hüquqlarını bərpa edə bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR