Liviyada terrorçularla atışmada 14 əsgər ölüb, 30-u yaralanıb

Liviyada terrorçularla atışmada 14 əsgər ölüb, 30-u yaralanıb
01:37 15 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Liviyada terrorçularla hərbçilər arasında baş vermiş atışmada 14 əsgər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Tripolidən 450 kilometr şərqdə yerləşən Siirt şəhərində qeydə alınıb. Atışma yerli vaxtla saat 9-da başlayıb. 
Əməliyyat zamanı həmçinin 30-dək əsgər yaralanıb.
Siirt hospitalının rəhbəri Əbdüllətif Əbdül Əli bildirib ki, 13 əsgər döyüş zamanı, 1 hərbçi isə hospitalda dünyasını dəyişib. Onun sözlərinə görə, öldürülənlərin əksəriyyəti snayperlə başlarından və sinələrindən vurulub. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/liviyada-terrorcularla-atismada-14-esger-olub-30-u-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR