Suriya hərbçiləri Hələbdə 15-dən çox terrorçunu məhv edib

Suriya hərbçiləri Hələbdə 15-dən çox terrorçunu məhv edib
02:27 15 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Suriyanın mühəndis qoşunları Hələbin köhnə mərkəzindən şərqdə tunel aşkarlayaraq onun içində 15-dən çox terrorçunu məhv ediblər.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Mühəndislərə qaladan şərqdə terrorçuların tunelini aşkar etmək müvəffəq oldu. Tunel partladılıb, 15-dən çox döyüşçü öldürülüb. Hansılar həmin vaxt yerin altında idilər", - deyə müsahib agentliyə bildirib.
Məlumata görə, terrorçular üç il boyunca Hələbin tarixi mərkəzindəki binaların arasında yeraltı tunellər qazırlar. Döyüşçülər yerin altında diversiyaların təşkili məqsədi ilə hökumət qoşunlarının arxasına çıxmağa çalışırlar.
Suriya ordusunun mühəndis qoşunları fasiləsiz rejimdə tunellərin üzə çıxarılması və onların ləğvi tədbirlərini həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriya-herbcileri-helebde-15-den-cox-terrorcunu-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR