Bakı. 15 oktyabr. REPORT.AZ/ Kanadada turistləri daşıyan avtobus qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.
Məlumata görə, qəza Ottava şəhəri yaxınlığında baş verib. Hadisə zamanı avtobusda 50 sərnişin olub. Sərnişinlərdən 26-ı xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Avtobusdakı sərnişinlərin hamısı qocalar olub.
Polisin sözlərinə görə, Dinbiq şəhərinə gedən avtobusun aşma səbəbləri hələlik məlum deyil.