Bayden Rusiyaya xəbərdarlıq etdi

Bayden Rusiyaya xəbərdarlıq etdi
03:59 15 Oktyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.

 

APA-nın məlumatına görə, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.

 

“Bizim kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.

 

Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR