Qonşuların mübahisəsi qanla bitdi - Bakıda

Qonşuların mübahisəsi qanla bitdi - Bakıda
04:44 15 Oktyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Ağadadaş Qurbanov küçəsi 53 ünvanında qonşular arasında mübahisə düşüb. Mübahisə zamanı sözügedən ünvanda yaşayan 1998-ci təvəllüdlü Mehmanov Mehman Telman oğlu istintaqa hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 

Yaralı dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, əməliyyat olunub.

 

Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR