Polşada bomba partlayıb, ölən və yaralanan var

Polşada bomba partlayıb, ölən və yaralanan var
05:52 15 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Polşada partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə Polşa Televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Varşavada qeydə alınıb. Belə ki, dördmərtəbəli binanın üçüncü mərtəbəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Polisin verdiyi xəbərdə bildirilir ki, hadisə terror aktı kimi qiymətləndirilmir. "Partlayış hadisəsində terror aktının əlamətləri yoxdur" – deyə Varşava polisinin nümayəndəsi Mariuş Mrozek bildirib.
Telekanal qeyd edib ki, hadisə iki cinayətkar qruplaşmanın qarşıdurması olmasından baş verə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/polsada-bomba-partlayib-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR