Həftə ərzində Cənubi Sudanda 60 nəfər öldürülüb

Həftə ərzində Cənubi Sudanda 60 nəfər öldürülüb
06:22 15 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Həftə ərzində Cənubi Sudanda azı 60 insan müxtəlif zorakılıqların qurbanı olub.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi ordu nümayəndəsinə istinadən xəbər yayıb.
Lul Ruay Koanq (Lul Ruai Koang – "Report") ordusunun nümayəndəsi bildirib ki, üsyançılar mülki sakinləri yandırır, qadınları şikəst edir, uşaqları oğurlayaraq, insanların mülklərini məhv ediblər.
Onun sözlərinə görə, ölkənin keçmiş vitse-prezidenti Riek Maşara məxsus silahlı qruplaşmalar ötən cümə axşamından bu günə kimi 11 hərbi qulluqçunu və azı 28 mülki sakini öldürüblər.
Hərbçilər də öz növbəsində 21 üsyançını məhv ediblər.
Qeyd edək ki, Cənubi Sudanda münaqişə Sudanın müstəqillik əldə etməsindən 2 il sonra başlayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hefte-erzinde-cenubi-sudanda-60-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR