“Pokemon Go” oynayanlar daha çox gəzir

“Pokemon Go” oynayanlar daha çox gəzir
07:12 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Stenford Universitetinin elmi əməkdaşları populyar "Pokemon Go" oyununun oyunçularının vəziyyətini öyrənərkən bu nəticəyə gəliblər ki, "pokemon ovçuları" adi günlərdən 1 473 addım çox atırlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, belə bir nəticəyə mütəxəssislər 1 420 nəfər oyunçunun iştirak etdiyi araşdırmalardan sonra gəliblər. Cinsindən və yaşından asılı olmayaraq bütün oyunçular arasında fiziki fəallıq qeydə alınıb.

Həmçinin alimlər qeyd edib ki, "Pokemon Go" oyunçularının orta yaşı 33 təşkil edib. Onlardan 36,5 faizi ağır çəkiyə malikdir. İştirakçıların 28,2 faizi isə piylənmədən əziyyət çəkiblər. Bu üzdən belə bir oyun ancaq onların xeyrinədir. Çünki bu oyun onları gündəlik olaraq 1 473 addım çox atmağa məcbur edir və bununla da bir çox hallarda onların problemlərini həll edir, fiziki fəallığa vərdiş yaradır.

Xatırladaq ki, "Pokemon Go" oyununun məqsədi pokemonları axtarmaq və tutmaqdan ibarətdir. Gündəlik olaraq bu əlavəni 20 milyondan artıq insan oynayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/479288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR