“Turkcell” Super Liqanın yayım hüququnu almaq istəyir

“Turkcell” Super Liqanın yayım hüququnu almaq istəyir
07:22 15 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan "Turkcell" futbol üzrə ölkə Super Liqasının yayım hüququnu almaq niyyətindədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət Türkiyə Futbol Federasiyasının bu məqsədlə gələn il keçirəcəyi tenderə qatılmağı planlaşdırır. "Turkcell" rəsmi açıqlamasında bəyan edib ki, tenderin şərtləri elan edildikdən sonra bu barədə yekun qərar qəbul olunacaq.   
 
Şirkətin baş direktoru Kaan Terzioğlu bildirib ki, məqsədləri futbol izləməyi lüks məşğuliyyət növü olmaqdan çıxarmaqdır. O, futbolu xalqla qovuşdurmaq fikrində olduqlarını söyləyib: "Biz bu işə illərdir hazırlaşırıq. Eyni anda milyonlarla insana matç izlətmək istəyirik. Futbol izləməyi lüks olmaqdan çıxarıb, asanlaşdıracağıq. Dünya dəyişir, texnologiyalar sürətlə inkişaf edir. 4,5 G-dən sonra artıq heç nə əvvəlki kimi ola bilməz. Mobil ekranlardan istifadə etmək və izləməyi bəsitləşdirmək lazımdır".   
 
Qeyd edək ki, hazırda Türkiyə Super Liqasının yayım hüququ "Digitürk" platformasına məxsusdur. Bu platformanı Qatarın məşhur "BeIN Sports" şirkəti satın alıb. "Digitürk"ün TFF ilə müqaviləsi başa çatır və 2017-ci ilin iyununda yeni tender keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR