Yəməndə partlayış: 5 ölü, 10 yaralı

Yəməndə partlayış: 5 ölü, 10 yaralı
07:39 15 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Yəmənin Marib şəhərində yas mərasimi zalında partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

 

Məlumata görə, mərasimdə əldəqayırma partlayıcı qurğu işə salınıb.

 

Qeyd olunur ki, partlayış hərbi komandirlərindən birinin dəfn mərasimində törədilib.

 

İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR