Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək
08:02 15 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək. "Report"un məlumatına görə, VIII turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Açılış oyunu "İnter Arena"da olacaq. Bakının "İnter" klubu hazırkı lider "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri birinci pillənin sahibi ilə xal fərqini aradan qaldırmaq üçün mütləq qələbə qaanmalıdır. Belə olan halda "bankirlər" əyalət təmsilçisindən cəmi bir xal geri qalacaq. Qonaqlar qələbə qazanacağı halda isə Premyer Liqanın vahid liderinə çevriləcək. Komandalar bu günədək ölkə çempionatlarında 33 oyunda üz-üzə gəliblər. Onlardan 14-ü "İnter"in, 7-si isə "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Qalan 12 oyunda heç-heçə qeydə alınıb. Cütlüyün duelində "İnter" daha çox qol vuran komandadır. Bakı klubu 44, "qırmızı-qaralar" isə 26 dəfə fərqlənməyi bacarıb. Tərəflərin son iki oyununda qol vurulmayıb. "Qəbələ" isə son 3 matçda qol buraxmayıb.
Günün son oyunu isə Suraxanı qəsəbəsində yerləşən "Azərsun Arena"da olacaq. Ot örtüyünün bərpası məqsədilə ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçirən "Qarabağ" cari mövsümdə ilk dəfə bu arenada meydana çıxacaq. Rəqib isə "Sumqayıt" klubu olacaq. Qonaqlar qələbə qazanarsa, "Qarabağ"la xal fərqini 2-yə endirəcək. Meydan sahibləri isə 3 xal sayəsində ilk üçlükdə möhkəmlənərək yuxarı pillədəki qonşuları ilə xal fərqini azaldacaq. Günün ilk oyununda "İnter" məğlub olsa, "Qarabağ" qələbə sayəsində ikinci pilləyə yüksələcək. Komandalar ölkə çempionatlarında 17 dəfə üz-üzə gəlib. Bu görüşlərin 11-i "Qarabağ"ın, 4-ü isə "Sumqayıt"ın xeyrinə başa çatıb. 2 oyunda isə qalib müəyyənləşməyib.
Turun qalan iki oyunu sabah keçiriləcək. AZAL "Kəpəz"i, "Zirə" isə "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası, VIII tur
15 oktyabr
16:00. "İnter" - "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "İnter Arena"
18:30. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Azərsun Arena"

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-premyer-liqasinda-viii-tura-start-verilece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR