BMW-dən gələcəyin motosikli - FOTO

BMW-dən gələcəyin motosikli - FOTO
08:42 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"BMW" şirkəti Mottorad Vision Next 100 adlı motosiklin prototipini təqdim edib.
Həmin motosikldə gələcəyin bütün texnologiyaları və ideyaları reallaşdırılıb. Sözügedən motosikl müvazinəti avtomatik olaraq tənzimləyəcək. Yəni sürücü ən kəskin dönüşlərdə belə motosikldan yıxıla bilməyəcək. Şirkət mütəxəssisləri bu texnologiyanın təhlükəsizliyindən o qədər əmindirlər ki, hətta sürücülər motosikllər üçün nəzərdə tutulmuş təhlükəsizlik dəbilqəsindən belə imtina edə bilərlər.

Milli.Az technote.az-a istinadən bildirir ki,gələcəyin motosiklindəki mühərrik yüksək dərəcədə ekoloji olacaq. İstehsalçı dəbilqəni tamamlanmış reallıq eynəkləri ilə əvəz etməyi planlaşdırır. Beləliklə sürücünün gözləri də küləkdən qorunmuş olacaq. Eynəyin yarımşəffaf ekranında əlavə məlumatlar əks olunacaq. Böyük ehtimal ilə sürücü ekranda sürət göstəricisini, naviqator və arxa görünüş kamerasını görəcək. Şirkət həmçinin qeyd edib ki, özü-özünü tənzimləyən sistem 2030-cu ildən tez işıq üzü görməyəcək. Bu baxımdan təhlükəsizlik vasitələrindən imtina etmək hələki tezdir. Lakin sürücülərin qəza zamanı ciddi xəsarətlərdən necə qorunacaqları hələ tam aydın deyil.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/479278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR