Marqarin yemək insanı öldürə bilər

Marqarin yemək insanı öldürə bilər
08:57 15 Oktyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Qədimdən bəri rahatlıqla istifadə olunan yağ məhsulları son zamanlarda ən aktual mövzulardan biridir. Bu yağların qəbulu bir çox tədqiqatçılar tərəfindən araşdırılmışdır və nəticədə bəlli olmuşdur ki, həmin məhsulların bir çoxu normal səviyyədə istifadə edilə bilər. Təbii ki, bir çox məhsulda olduğu kimi yağ məhsullarını da həddindən artıq istifadə etmək məsləhət görülmür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs görəsən bu şərtlər hansı yağ növlərinə aid edilə bilməz? Tədqiqatçıların son araşdırmaları nəticəsində bəlli olub ki, marqarin bəzi xüsusiyyətlərinə görə ümumi yağ qrupuna daxil deyil. Belə ki, onun tərkibində olan heyvan piyləri digər yağ məhsullarında yoxdur və olanlarda da çox az miqdardadır. Lakin marqarinin tərkibində olan bu maddə həddindən artıq çoxdur. Bu isə, həmin yağdan istifadə edən insanların ölüm riskini 34% artırır. Xüsusən də, marqarin qəbul edən insanların böyük bir hissəsi ürək və insult xəstəliklərindən əziyyət çəkir. Bu səbəbdən də, yağların düzgün istifadəsi olduqca ciddi mövzudur.
 
Əgər öz həyatınızı riskə atmaq istəmirsinizsə, marqarin məhsullarından bacardığınız qədər uzaq durun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR