"Alibi" sərgisi

"Alibi" sərgisi
09:18 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Əli Həsənovun “Alibi” adlı fərdi sərgisi açılıb.

Rəssam bu sərgi layihəsi ilə yaradıcılığının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Onun elə ilk əsərlərində zahirən təzadlı görünən, lakin inandırıcı obrazların iti çılğınlığı, incəsənətin janr və forma çərçivələrindən yan keçməklə öz yolunu tapmaq istəyi duyulur. Lakin bu pərakəndə sənət “bəyanatları” hər dəfə yeni səpkidə təcəssüm edir - gah solo “performance”da, gah canlı orkestrin müşayiəti ilə animasiya filminin nümayişində, gah da saxsı nimçələr üzərinə köçürülmüş qrafik lövhələr silsiləsində. Ümumi baxışdan irəli gələn müəllif sərgisi tamam başqa məsələdir – burada təqdim olunmuş fərqli ifadə vasitələri və texniki düsturlara malik əsərlərin vəhdəti çalarlarla işıldayan mənalar və emosiyalar cərəyanı yaradır. Tamaşaçı həm onların açmasını çözməli, həm də onlara yenilərini əlavə etməlidir.

“Alibi” sərgisi bütövlükdə suallardan ibarətdir və tamaşaçı onların cavabını tapmaq məcburiyyətindədir. Çünki bir çox məqamlar ilk baxışda təsadüfi “şüur axını”nın üzə çıxardığı kimi görünürsə, onların arasında olan bağlantılar sonradan aşkar edilir. Qarşımızdakı sənət əsəri büllur kimi aydın görünmürsə, biz karastı dəstinə müraciət edərək, həmin qutudakı alətləri bir-bir sınaqdan keçirərək, müəyyən mənaları açmağa cəhd edirik. Hər bir tamaşaçının alətlər dəsti isə fərqlidir. Bu da onun həyat və peşə, sənət təcrübəsindən asılıdır.

“Alibi” adı mənaca müəmmalıdır və bizi yozumu barədə düşünməyə vadar edir. Mümkün (lakin müyəssərliyi yeganə olmayan) versiya belədir: ictimai şüuru ələ keçirmə vasitələri (buraya ilk növbədə, əlbəttə, media, amma müəyyən dərəcədə “kütləvi” incəsənət də daxildir) ağrıya, iztiraba, məhvə qarşı biganəlik mövqeyini bizdə tədricən və gözə görünmədən aşılmağa nail olur. Həmin konstruksiyanın aparıcı psixoloji amili kimi “alibi”, yəni törədilən cinayətlərə aidiyyətin olmaması, “mən orada deyildim” prinsipi özünü büruzə verir.

Hazırkı halda bu eksperiment bədii ifadə vasitəsi ilə qoyulur – yaraşıqdan kənar məişət əşyaları və texniki inventar öz adi mənaları dairəsindən kənar anlamda təqdim olunur. Onlara daha çox zahiri cazibə gətirəcək əlavələr edilir, onlar dekonstruksiyaya, yeni formatlara uğrayır, nəticədə biz əsərlərin istehza ilə danışmaq qabiliyyətini, detalların işlənməsindəki nəfisliyi, yaxud müasir incəsənətin ən yeni meyillərinə müvafiq olduğunu qiymətləndirməyə başlayırıq. Heç bir riqqət hissi təlqin etmədən, heç bir sərt və birbaşa fikir söyləmədən... Bir də ki, axı, sərgiyə gələnlərin “alibi”si var: Biz orada deyildik...

“Alibi” adlı fərdi sərgisi noyabrın 5-dək davam edəcək.

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10

“Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən -

25 Sentyabr 2017 21:04

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

25 Sentyabr 2017 21:03

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

25 Sentyabr 2017 21:02

Brent markalı neft bahalaşdı

25 Sentyabr 2017 20:53

İlham Əliyev millimizin Almaniya üzərində qələbəsini canlı izlədi - FOTO

25 Sentyabr 2017 20:53

Ankara Ərbilə layiqli cavab verəcək -

25 Sentyabr 2017 20:51

Avro-2017: Voleybolçularımız məğlubiyyətsiz 1/4 finalda!

25 Sentyabr 2017 20:49

Azərbaycanda elmlər doktoru olan qadınların sayı açıqlanıb

25 Sentyabr 2017 20:47

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

25 Sentyabr 2017 20:43

Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib

25 Sentyabr 2017 20:39

Yevlaxda 37 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 20:37

Sabah daha bir asteroid Yerə yaxınlaşır

25 Sentyabr 2017 20:37

“Yuventus”un prezidenti futboldan kənarlaşdırıldı

25 Sentyabr 2017 20:34

“Beynəlxalq Xəzəryanı Gənclər forumu” yekunlaşıb

25 Sentyabr 2017 20:32

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

25 Sentyabr 2017 20:28

SON DƏQİQƏ:Kərkükdə komendant saatı -

25 Sentyabr 2017 20:26

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

25 Sentyabr 2017 20:18

AÇ-2017: Millimiz 1/4 finalda

25 Sentyabr 2017 20:13

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

25 Sentyabr 2017 20:09