Sumqayıtda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Sumqayıtda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs apellyasiya şikayəti verib
09:22 15 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Sumqayıtda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rövşən Səfərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 18-nə təyin edilib.
İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərindəki kafelərdən birində baş verib. Sumqayıt sakini R.Səfərov tanışı Emin Əhmədov və Pərvin Qarayevi bıçaqlayıb. Əvvəllər məhkum olunmuş R.Səfərov daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 8 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR