Azərbaycan millisinin hücumçusu "Trabzonspor"un heyətində məşqlərə başlayıb

Azərbaycan millisinin hücumçusu "Trabzonspor"un heyətində məşqlərə başlayıb
09:47 15 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev klubunda məşqlərə başlayıb.
"Report"un məlumatına görə, gənc hücumçu "Trabzonspor"un heyətində Türkiyə Super Liqasının VI turunda "Akhisar"la keçiriləcək oyuna hazırlaşır.
20 yaşlı futbolçu millinin düşərgəsindən zədəsiz qayıdıb.
Sabah Trabzonda baş tutacaq görüşdə Şeydayevin heyətdə yer alacağı gözlənilir. Buna səbəb komandanın hücumçuları Suk və Muhammet Demirin ötən oyunlarda fərqlənə bilməməsidir.
Qeyd edək ki, "Trabzonspor" - "Akhisar" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisinin-hucumcusu-trabzonspor-un-heyetinde-mesqlere-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR