Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının bir əsgəri öldürülüb

Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının bir əsgəri öldürülüb
09:52 15 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının əsgəri həlak olub.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Canzan rayonunda baş verib.
Məlumata görə, Yəməndəki qiyamçı husilər Səudiyyə Ərəbistanının ərazisini atəşə tutublar. Nəticədə bir hərbçi ölüb. Husi qiyamçıları krallığın ərazisinə davamlı olaraq, atəş açırlar.
Səudiyyə Ərəbistanı Yəmənin Sana şəhərini bombalayandan sonra iki ölkənin sərhəddə tez-tez atışma baş verir.
Səudiyyə Ərəbistanı təyyarələrinin Sananı bombalaması nəticəsində azı 140 nəfər ölmüş, 500-dən çox insan yaralanmışdı.
Həmin hadisədən sonra Yəməndəki qiyamçıların Səudiyyə Ərəbistanı sərhədinə basqınlar belə edikləri haqda xəbər yayılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemenle-serhedde-seudiyye-erebistaninin-bir-esgeri-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR