KTMT-nın yeni baş katibi məsələsi İrəvan sammitinin gündəliyindən çıxarılıb

KTMT-nın yeni baş katibi məsələsi İrəvan sammitinin gündəliyindən çıxarılıb
09:57 15 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin seçilməsi məsələsi qurumun İrəvanda keçirilən sammitinin gündəliyindən çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sammitin yekunlarına dair brifinqdə deyib.
 
Onun sözlərinə görə, bu məsələ ilin sonunda Sankt-Peterburqda müzakirə olunacaq.
 
Qeyd edək ki, oktyabrın 14-də İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Sessiyada Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının prezidentləri, Qazaxıstanın isə baş naziri iştirak edib.
 
KTMT-nın hazırkı baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. N. Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR