Kloun azyaşlı oğlanı bıçaqladı

Kloun azyaşlı oğlanı bıçaqladı
10:05 15 Oktyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçin cənubunda kloun tərəfindən bıçaqlanmış azyaşlı oğlan bərpa prosesi keçir,.

Milli.Az aznews.az-a istinadən bildirir ki, hücumdan sonra azyaşlı oğlan yüngül xəsarət alıb. Hadisə Gothenburg şəhərinin cənubunda baş verib.

Bir gün əvvəl İsveçdə kloun kostyumu geyinmiş iki nəfər qadını öldürəcəkləri ilə hədələyiblər.

Avropa və ABŞ-da son günlər "xoşa gəlməz kloun" görüntüləri geniş yayılıb.
Silsilə hadisələrdə qorxunc kostyumlar geyinmiş şəxslər yoldan keçənləri qorxudurlar.
Polis İsveçdə baş vermiş son hadisə ilə bağlı hələ də axtarışları davam etdirir.
Azyaşlı oğlan çiynindən yüngül xəsarət alıb.

İsveç daxili işlər naziri Anders Ygeman isə kloun hadisələrinə görə sakitləşməyə çağırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR