ABŞ Rusiyaya hücum etməyəcək – İKİ SƏBƏB

ABŞ Rusiyaya hücum etməyəcək – İKİ SƏBƏB
10:33 15 Oktyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Rusiya rəhbərliyinə qarşı kiberhücumları seriyasına hazırlıq barədə yayılan xəbər şübhəlidir.

Publika.az xəbər verir ki, bu haqda “WikiLeaks” saytının “Twitter”dəki rəsmi hesabında deyilir.

“Əgər ABŞ kiberməkanda Rusiyaya qarşı gizli müharibəyə başlamaq barədə ciddi olaraq qərar versəydi, birincisi, onlar bunu elan etməzdilər. İkincisi, bununla Mərkəzi Kəşfiyyat İdarəsi deyil, Milli Təhlükəsizlik Agentliyi məşğul olardı”, - xəbərdə qeyd edilir.

Daha əvvəl NBC telekanalı bildirib ki, ABŞ prezident administrasiyası CİA-nın Rusiyaya qarşı məxfi kiberəməliyyatının keçirilməsi imkanına baxmağa hazırdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR