Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Tümendə 3 avtomobil toqquşub: 5 nəfər ölüb, 3 nəfər yaralanıb
10:47 15 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyanın Tümen şəhərində 3 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
"Report" Rusiya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 15-də səhər saatlarında "Şkoda", "Lada Larqus" və "VAZ-2105" toqquşub.
İnformasiyaya əsasən, sürətlə hərəkət edən "VAZ-2105" "Şokada"ya çarpılıb, zərbə onun qarşı tərəfdən hərəkət edən "Lada Larqus"la toqquşmasına səbəb olub.
Xəbərə görə, hadisə Tümen - Xantı-Mansiy avtomobil yolunun 382-ci kilometrliyində baş verib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/tumende-3-avtomobil-tossubub-5-nefer-olub-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR