Cenevrədə Xocalı dəhşətləri haqqında həqiqətlərdən bəhs edilib - FOTO

Cenevrədə Xocalı dəhşətləri haqqında həqiqətlərdən bəhs edilib - FOTO
10:47 15 Oktyabr 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Cenevrənin Grand Kempinski mehmanxanasında 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diasporası üzvlərinin iştirakı ilə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.

Milli.Az bildirir ki, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsindən Trend-ə verilən məlumata görə, tədbir Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı şəraitində tərəfindən təşkil edilib.

Anma tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan "Endless Corridor" ("Sonsuz Dəhliz") sənədli filmi nümayiş etdirilib və "Khojaly Witness of a War Crime - Armenia in the Dock" ("Xocalı Müharibə Cinayətinin Şahidi - Ermənistan Müttəhim Kürsüsündə") kitabının Cenevrə təqdimatı keçirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd etmişdir ki, "Sonsuz Dəhliz" filmi sıradan bir sənədli statistik film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir. Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.

"Bir gecədə bütün şəhər məhv edildi. Bu qırğın Srebrenitsa və Ruanda soyqırımları ilə üst-üstə düşdüyündən beynəlxalq ictimaiyyət tərəfindən gözədəyməz oldu. Mən "Röyters", "AFP" informasiya agentliklərinin, "Human Rayts Votç" təşkilatının və "Nyu-York Tayms" qəzetinin ictimaiyyətin diqqətinin cəlb etmək üçün əməkdaşlarının səfərləri və Xocalı barədə araşdırmalarını xatırlatmaq istəyirəm. Danışıqlar 25 ildir ki davam edir. Mən bu danışıqlar başladıqdan bir qədər sonra diplomatik xidmətə başlamışam və bir müddət sonra təqaüdə çıxacağam, amma proses hələ də davam etməkdədir. TEAS Azərbaycanı dünyanın diqqət mərkəzində saxlanılması istiqamətində heyranedici işlər görür və Azərbaycan vətəndaşı olaraq öz minnətdarlığımı bildirirəm", - deyə, səfir vurğulayıb.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa Nümayəndəliyinin direktoru Mari-Laetitia demişdir: "Həmin dövrün hərbi rəhbərlərindən biri olan Serj Sarqsyan, indiki Ermənistan prezidentidir. Bu kütləvi insan qırğını hələki Ermənistan tərəfindən tanınmamasına baxmayaraq, qətliamın baş verməsini təsdiq edən inkarolunmaz faktlar mövcuddur. Gəlin Xocalı qırğını, keçmişdəki və indiki bütün müharibələrin qurbanlarını anaq. Ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə beynəlxalq hüquqa söykənmiş ədalətli sülhlə həllini tapacaq, Ermənistan və Azərbaycanın qonşu olaraq sülh şəraitində yaşamasına imkan verəcəkdir."

"Sonsuz Dəhliz" filminin qəhrəmanı litvalı müharibə reportyoru Rikardas Lapaitis ürək ağrısı ilə xatırlayır: "Mən hələ də məni izləyən və taleyimi dəyişən bu dəhşətli hadisələrin canlı şahidiyəm. Ağdam məscidinə hadisə qurbanlarının gətirilməsini müşahidə etmişəm. Öldürülənlərin bir çoxu ayaqqabısız idilər. Öldürülmüş bir qızın başında yanğı və güllə izləri görünürdü.

Altı yaşlı qızın başı yox idi və bədəninin belin aşağı nayihəsində yaralar var idi. Bir çox meyitlərdə işgəncənin izləri, qırılmış dişlər, kəsilmiş barmaqlar və qulaqları görmək olardı. Həkimlər deyirdi ki, 13-16 yaşlı zorlanmış qızları müayinə etmişlər. Bir çox Xocalı qurbanları amputasiyalara məruz qalmış və ya güllələnmişlər.

Ermənilər və onlarla birgə Xocalı soyqırımın törədilməsində iştirak etmiş şəxslər Cenevrə Konvensiyası, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Fövqəladə Vəziyyətlərdə və Silahlı Münaqişələrdə Qadın və Uşaqların Müdafiəsi üzrə Bəyannamə və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş bir sıra digər sənədlərə zidd davranış nümayiş etdirmişlər.

Xocalı qırğınının törədilməsində iştirak etmiş şəxslər Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan və müdafiə naziri Seyran Ohanyan bu cinayətkarlar sırasındadırlar.

Xocalı sakinləri hazırda Azərbaycanın 48 rayonunda məskunlaşıblar və erməni təcavüzünün sona çatmasını gözləyirlər. Mən müntəzəm olaraq Azərbaycan və Ermənistan qoşunlarının "təmas xətti"nə yaxın ərazilərə səfərlər edirəm. Ermənistan hərbi qüvvələri tərəfindən gecə hücumları, sabotaj, evlərin və təsərrüfat torpaqlarının yandırılması və hətta məktəblərin atəşə tutulması halları bu gün də davam etməkdədir".

"Xocalı Müharibə Cinayətinin Şahidi - Ermənistan Müttəhimlər Kürsüsündə" kitabının redaktoru İan Pert: "Mənim üçün Yasəmən Həsənovanın şahid ifadəsi ən güclü təsir bağışlamışdır. Onun o dövrdə 12 yaşı var idi. Altı ay davam edən hücumlar 1992-ci ilin fevral ayında artıq başqa xarakter almışdır. Yasəmənin atası yerli özünümüdafiə qüvvələrində idi və bu hücumun baş verəcəyini gözləyirdi. Artıq aydın idi ki, sağ qalmaq üçün yalnız təhlükəsiz yerə sığınmaq lazım idi. Onun anası ərindən ayrı getməyə razı olmadığına görə Yasəmən əmisi ilə çıxdılar. Sel və meşəni keçəndən sonra onlar düzənliyə çıxdılar və burada gülləborana tutuldular. Yasəmən fiziki xəsarət almadan sağ qaldı.

Yasəmənin atasının meyidi illər sonra tapıldı. O, indi Bakının qoynunda yerləşən Şəhidlər Xiyabanında, milli qəhrəman olaraq uyuyur. Yasəmənin anasının taleyi hələ də qaranlıqdır və güman olunurdu ki, o, ermənilər tərəfindən girov götürülmüşdür. Lakin, sonradan Yasəmən televiziya proqramlarının birində anasının cəsədini quyunun yanında bağçada uzandığı yerdə görmüşdür. Yasəmən deyir: "Mən güman etmirəm ki, hər hansı bir qız öz anasının ölümünə sevinə bilərdi. Amma, ən azından mən əmin oldum ki, anam ermənilər tərəfindən girov olaraq işgəncələrə məruz qalmayıbdır".

Yasəmən indi Xocalı sakinləri üçün məktəbdə müəllim kimi çalışır. Mən ondan soruşanda ki, o, öz şagirdlərinə Xocalı soyqırımı barədə nə danışır, o cavab verdi ki, mən onlara Xocalının necə gözəl olduğunu deyirəm. "

İan Pert məlumat verib ki, nəşr mümkün qədər obyektivdir, xarici medianın hadisə barədə hesabatları, xarici akademik və insan hüquqları fəallarının təhlilləri kitabda öz əksini tapmışdır.

O, daha sonra BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinin mətnini oxudu - hansı ki, ermənilərin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamədən biridir.

İan Peart çıxışını bu sözlərlə bitirib: "Erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələbi 1993-cü ildə qəbul edilmişdir. Mən bu gecədə BMT-də işləyənlərdən soruşuram - Bəs BMT Təhlükəsizlik Şurasının bu tələblərinin dəyəri nədir ?"

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14