Bu ölkələrin liderləri hind geyimləri geyinəcəklər

Bu ölkələrin liderləri hind geyimləri geyinəcəklər
11:08 15 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Hindistanın Qoa ştatında BRİCS sammiti işinə başlayır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, sammitdə beynəlxalq münaqişələrin həlli, terrorizm, korrupsiya və narkoticarətlə mübarizə məsələləri müzakirə ediləcək.

Sammitin nəticəsinə görə, İş planı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır. Sənəddə ən yaxın perspektivdə qarşılıqlı münasibətlərinin prioritetləri, həmçinin iqtisadi, maliyyə və humanitar sahələrdə əməkdaşlığın istiqamətləri yer alacaq.

BRİCS ölkələrinin liderləri ümumi şəkil çəkilişində milli hind geyimlərini geyinəcəklər.

“Family photo”nun şəkilişi zamanı sammitin keçirildiyi ölkənin milli geyimlərindən istifadə ilə bağlı qeyri-formal ənənənin əsası ilk dəfə 1993-cü ildə Siyetldə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Forumunda (ATES) qoyulub. Ancaq Sinqapurda 2009-cu ildə keçirilən görüşdə rəsmi izahat olmadan bu ənənə ilk dəfə kəsilib. Ənənə yalnız 2013-cü ildə Bali adasında bərpa olunub.

Qeyd edək ki, BRİCS-ə Braziliya, Rusiya, Hindisan, Çin və Cənubi Afrika Respublikası daxildir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR