Kadir qardaşının doğum gününə Neslihanla getdi - fotolar

Kadir qardaşının doğum gününə Neslihanla getdi - fotolar
11:16 15 Oktyabr 2016
124 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Kadir Doğulu qardaşı Kamalın doğum günündə iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, məclisə həyat yoldaşı, aktrisa Neslihan Atagüllə birgə gedib. Cütlük məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

Neslihan müsahibəyə başlamadan əvvəl "Sevgilim, yanağında dodaq boyası qalıb" deyərək ərinin üzündəki ləkəni silib. Kadir də zarafatla "Onu içəridə etməliydin, o qədər dedim hələ, öpmə" deyib. Şən halları ilə seçilən sənətçilər kamera qarşısına keçiblər. Kamal "Doğum günümdə işləyəcəyəm deyə, bir gün əvvələ saldım" söyləyib.

Neslihanın burnundakı pirsinq də diqqətdən qaçmayıb. Kadir xanımının yeni aksesuarını çox sevdiyini deyib.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR