Məşhur moda festivalı ARB TV-nin efirində - FOTO

Məşhur moda festivalı ARB TV-nin efirində - FOTO
11:37 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İstanbulda ənənəvi olaraq keçirilən moda festivalı baş tutub.

11-15 oktyabr tarixlərində keçirilən dəfilələrdə bir cox tanınmış simalar da podiuma çıxıb.

Onlar arasında "Survivor"dan tanınan Atakan və türkiyəli bəstəkar-müğənni Sinan Akcıl da yer alıb.

Bundan əlavə dəfilə zamanı podiuma çıxanlar arasında azərbaycanlı məşhur model Günay Musayeva olub.

Qey edək ki, "Performans Sənətlər mərkəzi"ndə (PSM) keçirilən dəfilələr beynəlxalq hesab edilir. Bu moda həftəsinin baş tutması üçün hazırlıq işlərinə bir sıra Avropa ölkələrindən də mütəxəssislər cəlb edilirlər.

Dəfiləni ARB TV-ə məxsus "Türk Show Magazine" verlişinin əməkdaşları izləyib.

Təfərrüatlar şənbə günü 21:00-da ARB TV-nin efirdə.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR