İlhamə Quliyevanın boş qalan yerinə təyinat oldu

İlhamə Quliyevanın boş qalan yerinə təyinat oldu
11:52 15 Oktyabr 2016
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat baş tutub.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın bizimyol.info-ya verdiyi məlumata görə, Şahin Verdiyev "Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinə" direktor müavini təyin edilib. Yeni təyin edilən direktor müavini Şahin Verdiyev bundan əvvəl Yaşıl teatrın "Vahid" poeziya mərkəzinin direktoru vəzifələrində çalışıb.
 
Qeyd edək ki, qrumun direktor müavini xalq artisti mərhum İlhamə Quliyeva idi. Şahin Verdiyev bu təyinatla İlhamə Quliyevanın boş qalan vəzifəsinə təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR