Antonio Qutyerreş: "Suriya BMT-nin prioritet məsələsi olmalıdır"

Antonio Qutyerreş: "Suriya BMT-nin prioritet məsələsi olmalıdır"
12:07 15 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Suriya böhranının həllinə töhfə vermək Birləşmiş Millətlər Təşkilatının gələcək fəaliyyətində prioritet məqsədlərindən biri olmalıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin yeni baş katibi Antonio Qutyerreş "Fransa-24" telekanalına müsahibəsində bildirib.
"Suriya BMT-nin prioritet məsələsi olmalıdır. Çünki BMT Suriya xalqına qarşı münasibətdə borclu qalıb", - deyə A.Qutyerreş qeyd edib.
"Biz başqalarına qarşı alicənablığa görə, Suriya xalqına təşəkkür etməliyik. Hələ Suriya böhranı başlamamışdan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olarkən Suriya inanılmaz qonaqpərvərlik göstərərək sərhədlərini 2 milyondan çox iraqlı qaçqının üzünə açmışdı", - o xatırladıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/antonio-qutyerres-suriya-bmt-nin-prioritet-meselesi-olmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR