Dolmanın içindən marixuana çıxdı - FOTO

Dolmanın içindən marixuana çıxdı - FOTO
12:19 15 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Lent.az qurumun saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 8.328 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

 

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR