Sürücü vurduğu piyadanı evinə apardı - Orada öldü

Sürücü vurduğu piyadanı evinə apardı - Orada öldü
12:42 15 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iki piyadanı maşın vuraraq öldürüb.

Milli.Az DİN-ə istinadən bildirir ki, oktyabrın 14-də, saat 18 radələrində Sabunçu rayonu ərazisində Zabrat qəsəbə sakini Nəsib Orucov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rasim Həsənovu vurub. R.Həsənov oktyabrın 15-də N.Orucovun evində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Digər analoji hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Oktyabrın 14-də, saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Azad Allahverdiyev vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mili.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR