Bakıda tələbə qızı avtomobil vurub, sürücü yaralını yolun kənarında qoyub hadisə yerindən qaçıb

Bakıda tələbə qızı avtomobil vurub, sürücü yaralını yolun kənarında qoyub hadisə yerindən qaçıb
12:52 15 Oktyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda kollec tələbəsini avtomobil vurub.
“Report”un xəbərinə görə, hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən ərazisində baş verib.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Qululu Aytac Taryel qızı dərsdən evə qayıdan zaman naməlum avtomobil onu vurub. Tələbəni vuran sürücü hadisə yerindən qaçıb. 
Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-ci Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-telebe-qizi-avtomobil-vurub-surucu-yaralini-yolun-kenarinda-qoyub-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR