Kənd Təsərrüfatı Nazirliyi ölkədə yemə olan tələbatın ödənilməsi üçün artıq konkret tədbirlərə başlayıb

Kənd Təsərrüfatı Nazirliyi ölkədə yemə olan tələbatın ödənilməsi üçün artıq konkret tədbirlərə başlayıb
12:57 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatında heyvandarlıq üçün ən əlverişli bitki hesab edilə soyanın Azərbaycanda geniş istehsalı təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyi yemçilik, xüsusilə də quşçuluq sahəsində yem tədarükünün həcminin artırılması məqsədilə artıq konkret tədbirlər həyata keçirməyə başlayıb.
"Report" un xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
"Ölkədə yemçilik, əsasən də quşçuluq sahəsində yemə olan tələbatın daha dolğun şəkildə ödənilməsi, habelə kifayət həcmdə yem istehsalının təşkil etmək üçün soya bitkisinin istehsalının həcminin artırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi artıq konkret tədbirlər həyata keçirir", - deyə S. Talıbov bildirib.
Onun sözlərinə görə, ölkədə yemə olan tələbatın ödənilməsi və yerli istehsalın təşkil edilməsinə dair Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı tapşırıqlar verib.
S. Talıbov növbəti ildə bu istiqamətdə konkret nəticələrin olacağına ümid etdiyini qeyd edib.  

Xəbərin orijinal ünvanı: http://report.az/ask/kend-teserrufati-nazirliyi-olkede-yeme-olan-telebatin-odenilmesi-ucun-artiq-konkret-tedbirlere-basl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR