Sumqayıt qəbiristanlığında basdırılmış silah tapıldı - FOTO

Sumqayıt qəbiristanlığında basdırılmış silah tapıldı - FOTO
13:05 15 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Sumqayıt şəhər qəbiristanlığında silah aşkarlayıb.

Milli.Az bildirir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və Müalicə müəssisəsinin əməliyyat aparatlarının Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər qəbiristanlığında ağacın dibində basdırılmış, darağında səkkiz ədəd gülləsi olan 1 ədəd "Makarov" tipli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR