Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
13:21 15 Oktyabr 2016
30 Şou
Ölkə mətbuatı
A- A+

Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Paytaxt və yarımadada şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-17, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR